Archive Pages Design$type=blogging

loading...

Müsahibəyə hazırlaşan müəllimlər üçün tövsiyələr

Müəllimlik - şərəfli və çox səy tələb edən peşələrdən biridir, həm də çoxlarının arzusudur. Ölkəmizdə hər il minlərlə insan bu sənətə yiyə...

Müəllimlik - şərəfli və çox səy tələb edən peşələrdən biridir, həm də çoxlarının arzusudur. Ölkəmizdə hər il minlərlə insan bu sənətə yiyələnmək üçün imtahan və müsahibələrdən keçir. Əfsuslar olsun ki, iş müsahibələrində az iştirak etmiş və ya heç iştirak etməmiş namizədlər üçün iş müsahibəsi çox vaxt stressli bir təcrübəyə çevrilir. Müsahibədə hansı sualların veriləcəyi, seçimin hansı meyarlara əsasən aparılacağı, müsahibə zamanı özünü necə aparmalı, nə danışmalı və necə geyinməli barədə fikirlər namizədləri müsahibə gününədək rahat buraxmır. Bu yazı həmin suallara aydınlıq gətirməyə çalışacaq.

Əvvəla, bilmək lazımdır ki, müəllimlik müsahibəsinə hazırlıq digər peşə müsahibələrinə hazırlıqdan çox da fərqlənmir; çünki müsahibə götürənlər sizinlə bağlı əsas 3 şeyi öyrənmək istəyir: xarakterinizi, işə nə dərəcədə həvəsli olduğunuzu və peşə səriştənizi. Aşağıda müsahibəyə hazırlıq zamanı sizə kömək ola biləcək 7 məlumatı nəzərinizə çatdırırıq.

 1. Pozitiv ilkin təəssürat yaradın. Müsahibənin ilk dəqiqələri çox önəmlidir. Yaxşı bir ifadə var: “Sizin birinci təəssürat bağışlamaq üçün ikinci şansınız olmayacaq”. Bunun üçün müsahibəyə gecikməmək və 10 dəqiqə öncədən müsahibə yerində olmağınız məsləhətdir. Müsahibə alanlarla əmin şəkildə salamlaşın. Gülümsəyin və məmnun görünün. Əslində sadə bir jest olan gülümsəmə xarakteriniz barədə çox şey deyir və sizin haqqınızda bir neçə saniyəyə müəyyən bir fikir formalaşdırır. Bundan əlavə, etiket qaydalarına görə sizə əyləşmək üçün yer göstərilməsini gözləyin.
2. Peşəkar kimi geyinin. Geyim tərzi bir çox iş yerlərində işçilərin peşəkarlığının göstəricisi hesab olunur. Boşuna deməyiblər ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Buna görə də müsahibəyə geyinəcəyiniz geyim barədə əvvəlcədən düşünməyin xeyri var. Müsahibəyə adətən işə geyindiyiniz kimi və ya ondan daha rəsmi şəkildə geyinməyiniz məsləhət görülür. Siz rəsmi rənglər hesab olunan boz, qara, tünd göy, ağ və mavi rənglərinə, həmçinin sizin kreativliyinizə işarə edən fərqli naxışlı parçalara üstünlük verə bilərsiniz. Geyimi seçərkən bunu da nəzərə almaq lazımdır ki, geyiminiz rahat olmalı, hərəkətlərinizi məhdudlaşdırmamalıdır. Geyiminizin təmiz və səliqəli olması da diqqət tələb edən məsələdir.
3. “Özünüzü təqdim edə bilərsiniz?” sualı, yəqin ki, müsahibələrdə ən çox rast gəlinən sualdır. Müsahibə alan şəxslərdə sizin tərcümeyi-halınız olsa belə, onlar bu sualı verməklə sizin özünüzdə vacib hesab etdiyiniz təcrübələriniz barədə sizdən eşitmək istəyir. Bu halda təhsiliniz, oxuduğunuz universitet, sertifikatlarınız və ya müəllimlik təcrübəniz barədə danışa bilərsiniz. Müəllimlik təcrübəniz yoxdursa, sizə müəllim kimi fəaliyyət göstərməyə kömək edə biləcək bilik (fənn, psixoloji, pedaqoji və s.) və bacarıqlar (ünsiyyət, davranış və s.) barədə, eləcə də müəllim işləmək istəyinizin səbəbləri barədə danışa bilərsiniz. Bu sual həm də öz prinsipləriniz və müəllimlik fəlsəfəniz barədə söhbət açmağınız üçün də uyğun sualdır. Onu da qeyd etmək lazımdır ki, bu mərhələdə tərcümeyi-halınızı əzbərdən söyləməyə və ya gördüyünüz bütün işlər barədə ətraflı danışmağa ehtiyac yoxdur. Axı bu hələ birinci sualdır! Önəmli hesab etdiyiniz bəndlər barədə danışdıqdan sonra pauza verin. Bu, müsahibə götürən şəxsin növbəti suala keçməsinə şərait yaradacaq.
4. Vakansiyanın tələblərinə uyğunluğunuz və üstünlükləriniz (şəxsi xüsusiyyətləriniz) barədə düşünün. Müraciət etdiyiniz vakansiyanın tələblərinə uyğun gələn 10 xüsusiyyətinizi düşünüb tapın. Bu, sizin təcrübə, keyfiyyət, bacarıq, sertifikat və diplomlarınız, eləcə də kompüter və ya fənn bilikləriniz ola bilər. Sözsüz ki, vakansiyanın tələbləri ilə əvvəlcədən tanış olmaq və onlara necə cavab verdiyiniz barədə müsahibədən öncə düşünmək lazımdır. Müsahibə zamanı verilən sualdan asılı olaraq, bu xüsusiyyətlərinizdən bir neçəsi haqqında danışa bilərsiniz. Özünüz barədə məlumat verərkən, haqqında danışdığınız xüsusiyyətlərə malik olduğunuzu göstərən nümunələr də gətirin. Məsələn, çox namizədin “İbtidai sinif müəllimliyi” üzrə bakalavr diplomu ola bilər. Ola bilsin ki, sizi digərlərindən fərqləndirən kiçik yaşlı uşaqların psixologiyasını yaxşı bilməyiniz və istənilən mövzunu şagirdlərə əyləncəli şəkildə çatdırmaq bacarığınızdır. Bunu müsahibə zamanı qeyd etmək sizin üstünlüyünüzdür.
5. Öyrətməyə həvəsli olduğunuzu göstərin. Fənniniz üzrə əvəzedilməz mütəxəssis ola bilərsiniz, lakin uşaqları sevmirsinizsə, yeniyətmələrlə işləməkdən çəkinirsinizsə və ya ünsiyyət problemləriniz varsa, müəllimliyin sizə uyğun peşə olub-olmaması barədə yenidən fikirləşin. Unutmayın ki, müəllimlik, ilk növbədə, şagirdlərə öyrənməyə və fərd olaraq yetişməyə kömək etməkdən ibarətdir. Müsahibə zamanı da sizin əsas fokusunuz elə bu olmalıdır. Özünüzdə dərs keçməyə həvəs yaratmaq və hər dəfə sinfə yüksək motivasiya ilə daxil olmaq, ilk olaraq, öz qarşınızda borcunuzdur. Müsahibə komissiyası da sizdə bu xüsusiyyətləri görmək istəyir. Cavablarınız öyrətməyi və öyrənməyi sevdiyinizi və işinizə həvəslə yanaşacağınızı göstərməlidir.
6. Tərcümeyi-halınızda qeyd etdiklərinizdən məlumatlı olun. Ümumi cavablar verməyin, konkret olun. Bilik və bacarıqlarınızla bağlı verilən istənilən suala cavab verməyə hazır olun. Əgər sənədlərinizdə çin dilini mükəmməl bildiyinizi qeyd etmişsinizsə, çin dilində sual eşidəndə təəccüblənməyin.
7. Özünəinamlı olun. Özünəinamlı şəxslər digərlərində də özlərinə qarşı güvən hissi, bilik və bacarıqlarına qarşı inam yaradır. Müsahibə zamanı özünə əmin görünmək üçün ilk növbədə müsahibəyə yaxşı hazırlaşmaq lazımdır. Təhsil haqqında Qanun, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, tədris etdiyiniz fənnin kurikulumu və məzmun xətləri haqqında məlumatlı olmalısınız. Müəllimliyə namizəd olaraq təhsilin əsas məqsədləri və bu günün şagirdlərinin hansı istiqamətlərdə yetişdirilməli olduğunu anlamaq da zəruridir. Özünüzü müsahibədə inamlı hiss etmək üçün digər səmərəli bir yol isə əvvəlki uğurlu müsahibə və ya təhsildə qazandığınız nailiyyətlər barədə düşünməkdir. Bir dəfə uğur qazanmısınızsa, bunu ikinci dəfə də edə bilərsiniz. Əsas buna inanmaqdır. Müsbət düşünün, hazırlıqlı olun və unutmayın ki, özünəinam uğurun yarısıdır.
İş müsahibələri bir çox faktorlara görə bir-birinə bənzəsə də, həm də bir-birindən fərqlənir. Qeyd etmək lazımdır ki, bu yazı müsahibəni uğurla keçmək üçün lazım olan bütün məsələləri əhatə etmir, eləcə də sizin müsahibəni keçəcəyinizə zəmanət vermir. Yuxarıda verilmiş məsləhətlər müsahibələrin necə keçdiyi barədə sizdə təsəvvür yaratmaq və ümumi məlumatlandırma məqsədi daşıyır.
tipii.edu.az

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Müsahibəyə hazırlaşan müəllimlər üçün tövsiyələr
Müsahibəyə hazırlaşan müəllimlər üçün tövsiyələr
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_irb88Ddt15hnAv-_yvjFhBkA6D7ZWYPrWsNFfiN40nDIEV-9QroL3xpLqY_KPlOpPGFswomZ68BUB3ah3gG7yYNKYJ51hYilmxoQZZopI6gyiCtOe0DPW-MRmAgXKgrGOwlq6I79PRRP/s1600/muellim-imtahan-musabiqe.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_irb88Ddt15hnAv-_yvjFhBkA6D7ZWYPrWsNFfiN40nDIEV-9QroL3xpLqY_KPlOpPGFswomZ68BUB3ah3gG7yYNKYJ51hYilmxoQZZopI6gyiCtOe0DPW-MRmAgXKgrGOwlq6I79PRRP/s72-c/muellim-imtahan-musabiqe.jpeg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2018/08/musahiby-hazrlasan-mullimlr-ucun.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2018/08/musahiby-hazrlasan-mullimlr-ucun.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago