Archive Pages Design$type=blogging

loading...

"Qarabağ" bunu bacaran yeganə klubdur

21 May 21:04 "Qarabağ" bunu bacaran yeganə klubdur "Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qal...

21 May 21:04
"Qarabağ" bunu bacaran yeganə klubdur"Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

""Qarabağ" 7, "Neftçi" isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib"

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün çempionu "Qarabağ” yeni rekorda imza atıb. ANS PRESS-in məlumatına görə, Ağdam klubu mövsümü ən böyük xal fərqi ilə başa vuran komanda adını qazanıb.

2015/16 mövsümünü 84 xalla bitirən Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi "Zirə”ni 22 xal arxada qoyub. Azərbaycan çempionatlarının 24 illik tarixində heç bir komanda yekun cədvəlində belə böyük fərqlə nail olmayıb. "Qarabağ”ın rekordunadək ən yaxşı nəticə "Kəpəz”ə məxsus idi. Qərblilər 1997/98 mövsümündə 26 matçda 70 xal toplayaraq 2-ci olan "Dinamo”dan 16 xal öndə qərarlaşıb. Sonuncu turda "Qarabağ”ın AZAL-ı 3:0 hesabı ilə məğlub etməsi, "Zirə”nin isə "İnter”ə 0:1 hesabı ilə uduzması yeni rekordu rəsmiləşdirib. Əks halda isə 18 il əvvəlki rekord təkrarlanmış olacaqdı.
"Qarabağ" klubu
"Qarabağ" klubu
"Qarabağ” həm də 84 xal toplamaqla qələbəyə görə 3 xalın verildiyi çempionatlarda bir mövsümdə ən çox xal qazanan komanda adına yiyələnib. Bunadək rekord 1998/99 mövsümümdə ümumi hesabda 83 xal yığan "Kəpəz”ə məxsus idi. Hərçənd iki mərhələdə keçirilən həmin yarışda xallar mərhələlər üçün fərqli hesablanıb. 
Elitanın sonuncu turunda  "Qarabağ" AZAL-ı 3:0 hesabı ilə məğlub edib.  Ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb. Qurbanov qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşlərindən birinə  hədiyyə verib.
Mayın 25-də "Qarabağ” və "Neftçi” arasında Azərbaycan Kubokunun final görüşü keçiriləcək. Kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşdə nominal meydan sahibi "Qarabağ” klubu olacaq.
Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Ötən il Azərbaycan kubokunun qalibini finalda 3:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu olub. İndiyədək "Qarabağ"  7, "Neftçi" isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. "Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qaldırıb. 

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: "Qarabağ" bunu bacaran yeganə klubdur
"Qarabağ" bunu bacaran yeganə klubdur
http://xeber.az/i/5957eb515d39aa5e8c9bf5537e795bc6.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2016/05/qarabag-bunu-bacaran-yegan-klubdur.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2016/05/qarabag-bunu-bacaran-yegan-klubdur.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago