Archive Pages Design$type=blogging

loading...

Dünya fənn olimpiadalarının qaliblərinin nəzərinə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müs...

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər:
1) ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti;
2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu).
Sənədlər aşağıda göstərilən tarixlərdə təqdim olunmalıdır:
03 – 20 may 2016-cı il.
Qeyd: Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər TQDK-nın internet saytında eservices.tqdk.gov.az/erizebak/qabiliyyet linki vasitəsilə seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların
SİYAHISI
1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri. (1)

3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. “Eurovision” estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).
28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli 159 nömrəli Qərarına əsasən
Mənbəə tqdk.gov.az

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Dünya fənn olimpiadalarının qaliblərinin nəzərinə
Dünya fənn olimpiadalarının qaliblərinin nəzərinə
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQAt7mCleiHtuYWavWlTbDeE8zQPDIuay448IGnwr7dTpRS8Q0k4h2Ls3AAMEYZS5Mq5FsteEK9s-T6WlRx1IZQ-a3m5QWd8mwsV3bFQ_1S4zFkmckb_QxKUP6RzI1PlyxfonGFrN34Xky/s320/high-school-education.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQAt7mCleiHtuYWavWlTbDeE8zQPDIuay448IGnwr7dTpRS8Q0k4h2Ls3AAMEYZS5Mq5FsteEK9s-T6WlRx1IZQ-a3m5QWd8mwsV3bFQ_1S4zFkmckb_QxKUP6RzI1PlyxfonGFrN34Xky/s72-c/high-school-education.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2016/05/dunya-fnn-olimpiadalarnn-qaliblrinin.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2016/05/dunya-fnn-olimpiadalarnn-qaliblrinin.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago