Archive Pages Design$type=blogging

loading...

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar (SİYAHI)

Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, son qəbul imtahanında f...

Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, son qəbul imtahanında fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylərə məxsusdur. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Komissiya sədrinin sözlərinə görə, fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.
M.Abbaszadə belə rayonlara misal olaraq, Qax, Ağstafa, Oğuz, Qəbələ, Neftçala, Qazax, İsmayıllı və Salyanı göstərib. Komissiya sədri bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərib: “Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 82.33%-i, Sumqayıt şəhəri üzrə 84.58%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 45-65%-i ali təhsil müəssisələrinə sənəd verib”.
M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində ana dili fənni üzrə Neftçala rayonunun, ədəbiyyat və biologiya fənləri üzrə Mingəçevir şəhərinin, riyaziyyat fənni üzrə Ordubad rayonunun, fizika və kimya fənləri üzrə Qax rayonunun, tarix fənni üzrə Qazax rayonunun, coğrafiya fənni üzrə Naxçıvan şəhərinin, ingilis dili fənni üzrə isə Sumqayıt şəhərinin abituriyentləri üstünlük əldə edib.
TQDK sədri əlavə edib ki, rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb: “Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb. Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Mingəçevir şəhəri və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki, Qax və Neftçala rayonları, fizikadan Qax rayonu, biologiyadan Şəki rayonu və Mingəçevir şəhəri, tarixdən Naxçıvan şəhəri, coğrafiyadan Salyan, Qax və Qəbələ rayonları bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir”.
M.Abbaszadə hesab edir ki, onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır: “Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar”.
Trend TQDK-nın imtahan nəticələrinə dair bəzi cədvəllərini təqdim edir:
ABİTURİYENTLƏRİ İMTAHAN FƏNLƏRİ ÜZRƏ YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ TƏHSİL ŞÖBƏLƏRİ VƏ LİSEYLƏR (2015-Cİ İL MƏZUNLARI)
Azərbaycan bölməsi
Fənn: Ana dili
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
1341
65.63
21.16
13.22
Neftçala rayonu
305
57.21
26.09
16.71
Qax rayonu
254
55.95
27.09
16.96
Naxçıvan şəhəri
598
55.05
27.08
17.87
Mingəçevir şəhəri
609
54.98
29.06
15.95
Ağstafa rayonu
341
54.82
29.38
15.80
Oğuz rayonu
279
54.74
29.26
16.00
Sumqayıt şəhəri
2126
54.00
28.36
17.64
Qəbələ rayonu
761
53.78
30.32
15.90
Naxçıvan MR Şahbuz rayonu
134
53.61
29.37
17.01
Fənn: Ədəbiyyat
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
244
61.84
23.02
15.15
Mingəçevir şəhəri
138
58.06
28.38
13.57
Şirvan şəhəri
97
56.49
25.07
18.43
Qazax rayonu
109
56.11
25.28
18.61
Neftçala rayonu
86
56.00
27.30
16.70
Salyan rayonu
99
55.15
24.81
20.04
Qəbələ rayonu
195
52.53
30.13
17.33
Ağstafa rayonu
70
51.20
28.86
19.94
Sumqayıt şəhəri
425
50.70
28.42
20.88
Tovuz rayonu
137
50.69
31.42
17.90
Fənn: Riyaziyyat
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
951
55.64
19.45
24.91
Naxçıvan MR Ordubad rayonu
164
42.71
26.68
30.61
Qax rayonu
188
42.40
25.43
32.17
Naxçıvan şəhəri
370
42.03
26.16
31.81
İsmayıllı rayonu
308
40.22
31.31
28.47
Sumqayıt şəhəri
1578
39.88
27.48
32.65
Gədəbəy rayonu
245
39.59
29.93
30.48
Qəbələ rayonu
525
39.24
30.31
30.45
Oğuz rayonu
193
38.65
29.06
32.29
Salyan rayonu
398
37.88
27.17
34.95
Fənn: Fizika
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
612
56.58
25.60
17.82
Qax rayonu
125
48.90
33.34
17.76
Mingəçevir şəhəri
335
41.66
34.27
24.07
İsmayıllı rayonu
245
41.14
37.65
21.21
Salyan rayonu
324
40.89
33.90
25.21
Şirvan şəhəri
242
40.55
36.84
22.61
Naxçıvan MR Culfa rayonu
155
40.54
37.01
22.45
Oğuz rayonu
144
40.53
35.64
23.83
Ağstafa rayonu
193
40.44
38.32
21.24
Bərdə rayonu
246
40.34
32.85
26.81
Fənn: Kimya
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
612
59.54
20.24
20.22
Qax rayonu
125
55.20
22.94
21.86
Masallı rayonu
292
48.44
27.41
24.15
Oğuz rayonu
144
48.39
27.06
24.56
Naxçıvan şəhəri
269
48.01
27.63
24.36
Neftçala rayonu
172
47.74
26.65
25.60
Ağstafa rayonu
193
46.49
29.74
23.77
Qubadlı rayonu
172
46.09
27.16
26.74
Şəki rayonu
482
45.78
27.88
26.34
Mingəçevir şəhəri
335
45.59
29.23
25.18
Fənn: Biologiya
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
146
74.11
17.73
8.16
Mingəçevir şəhəri
53
70.26
21.58
8.15
Şəki rayonu
64
66.06
23.75
10.19
Sumqayıt şəhəri
123
61.89
25.63
12.49
Şirvan şəhəri
53
59.77
24.98
15.25
Lənkəran rayonu
69
55.88
28.87
15.25
Bakı şəhəri
712
53.26
29.13
17.61
Bərdə rayonu
73
51.78
28.55
19.67
Masallı rayonu
69
51.71
27.83
20.46
Ağcabədi rayonu
77
50.96
31.79
17.25
Fənn: Tarix
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
244
65.92
21.46
12.62
Qazax rayonu
109
58.68
23.85
17.47
Tovuz rayonu
137
57.26
27.65
15.09
Mingəçevir şəhəri
138
56.58
28.55
14.87
Sumqayıt şəhəri
425
55.95
25.00
19.05
Cəbrayıl rayonu
118
55.66
24.41
19.93
Ağdam rayonu
260
55.05
27.98
16.97
Bərdə rayonu
173
54.96
26.80
18.24
Naxçıvan şəhəri
165
54.42
27.78
17.79
Gəncə şəhəri
378
53.76
30.26
15.98
Fənn: Coğrafiya
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
485
51.93
29.17
18.90
Naxçıvan şəhəri
164
48.90
33.78
17.32
Qəbələ rayonu
196
48.16
34.94
16.90
Ağstafa rayonu
78
46.56
34.05
19.38
Naxçıvan MR Culfa rayonu
54
46.44
37.85
15.70
Salyan rayonu
92
46.13
31.83
22.04
Sumqayıt şəhəri
605
46.02
32.14
21.84
Qax rayonu
75
44.80
32.91
22.29
Oğuz rayonu
64
44.56
36.38
19.06
Göyçay rayonu
174
43.56
36.46
19.98
Fənn: İngilis dili
TƏHSİL ŞÖBƏSİ VƏ
LİSEYLƏR
Abit-in
sayı
Cavablar (ümumi saya nisbətən, %-lə)
Düzgün
Yanlış
İmtina
Liseylər (TN tabeli və özəl)
690
70.32
16.61
13.06
Sumqayıt şəhəri
941
55.10
23.07
21.83
Qazax rayonu
119
53.24
21.78
24.97
Neftçala rayonu
116
53.07
21.59
25.34
Naxçıvan şəhəri
314
52.84
23.66
23.50
Bakı şəhəri
6430
50.42
23.58
26.00
Zəngilan rayonu
157
49.61
21.99
28.41
Qubadlı rayonu
155
48.18
26.25
25.57
Abşeron rayonu
618
46.61
26.05
27.34
Mingəçevir şəhəri
270
46.15
28.22
25.63
Mənbəə: trend.az

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar (SİYAHI)
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar (SİYAHI)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjud3QZyYi555FrFbBeKExABX1ugMnO9f9qVqrZP7IRyNoaSIZzGjeWSLWvYli8BAZP_w2AKAakEzL1Hne2h7Z4o5I4-h8coB3_vIiQZXat9efecBipa4CqapZ4eblS_SB0-iHb84RxYNCC/s1600/exam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjud3QZyYi555FrFbBeKExABX1ugMnO9f9qVqrZP7IRyNoaSIZzGjeWSLWvYli8BAZP_w2AKAakEzL1Hne2h7Z4o5I4-h8coB3_vIiQZXat9efecBipa4CqapZ4eblS_SB0-iHb84RxYNCC/s72-c/exam.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2016/02/qbul-imtahanlarnda-n-yuksk-ntic-gostrn.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2016/02/qbul-imtahanlarnda-n-yuksk-ntic-gostrn.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago