Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 5-11 noyabr tarixlərində keçiriləcək. Müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər http://www.bebras.az veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.

Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir.
Azərbaycan məktəbliləri Beynəlxalq “Bebras” Həftəsində ilk dəfə 2014-cü ilin dekabrında iştirak ediblər. Ölkəmiz bu yarışa Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir və Sumqayıtdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulmuşdu. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqədə 109 nəfər final mərhələsinə keçmişdi. 2 may 2015-ci ildə ADA Universitetində keçirilmiş final mərhələsində ən yüksək nəticə göstərmiş 20 şagird müxtəlif hədiyyələrlə mukafatlandırılmişdı.
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: “2014-cü ilə nisbətən bəzi prosedurlar bu il daha da təkmilləşib, daha çox bölgənin və şagirdin iştirakına ümid edirik. Hazırda iştirak üçün qeydiyyat prosesi davam etməkdədir və artıq bir neçə yeni bölgə məktəbi müsabiqəyə qoşulub”. Müsabiqədə iştirak etmək üçün maraqlanan məktəblər http://www.bebras.az veb-saytı vasitəsilə qeydiyyatdan keçə bilər.