Archive Pages Design$type=blogging

loading...

Məhşur Səyyah - Ceyms Kuk

Coğrafiya Yer kürəsinin təbiətini və təsvirini öyrənən elmlərdən biridir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir. İlk coğrafi...

Məhşur Səyyah - Ceyms Kuk
Coğrafiya Yer kürəsinin təbiətini və təsvirini öyrənən elmlərdən biridir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir. İlk coğrafiyaçılar səyyah və dənizçilər hesab edilir. Buna görə də Ceyms Kukun səyahətlərini coğrafiya elminin töhfələri adlandırmaq olar. 
Böyük coğrafi kəşflərin tarixinə nəzər salanda demək olar ki, orda dənizçi və səyyahların imzalarına daha çox rast gəlmək olar. Birbaşa, onlar bu kəşflərin müəllifi idilər. Kapitan Ceyms Kuk — ingilis dəniz səyyahı, və bütün materiklərə ayaq basan ilk insan olub.

Ceyms Kuk məşhur ingilis səyyahıdır o, muzdur-icarədar ailəsində anadan olub. 7 yaşından atası ilə birgə işləməyə başlayan Ceyms yazmağı, oxumağı 13 yaşında öyrənib. Artıq 17 yaşı olanda kiçik bir balıqçı qəsəbəsində ticarət qulluqçusunun şagirdi kimi işləyir. Elə ilk dəfə dənizi də burada görür. Böyüdükcə o, dənizi daha da sevməyə başlayır, gəmilərdə bir çox vəzifələrdə kömür daşıyan kapitan köməkçisi kimi fəaliyyət göstərir, eyni zamanda təhsili ilə yaxından məşğul olur. Gəmi ilə Hollandiya, Norveç və digər ölkələri dolaşır. Biliyi dərrakəsi ilə böyük addımlarla irəlləyən Ceyms leytenant rütbəsinə qədər yüksəlir.


Kuk 1768-1771-ci illərdə «İndevor» gəmisinin ekspedisiyasına başçılıq edir. O, Cənub materikinə çıxmalı və Britaniya imperiyası üçün yeni torpaqlar işğal etməli idi. «İndevor» 1768-ci ilin avqustunda Plimutdan yola düşür. Növbəti ilin iyununda o, Taiti adasına çatır və burada səma cisimlərinin planlaşdırılan müşahidəsini aparır. Əsas tapşırıq yerinə yetirilsə də Kukun sərəncamında xüsusi gizli məktub da var idi. O, sirli cənub torpaqlarını axtarıb tapmalı idi. Bu 
qitənin axtarışı onu hələ 1642-ci ildə Abel Tasman tərəfindən kəşf edilmiş Yeni Zelandiyaya gətirdi.
Burada Kuk yerli əhalinin-maorilərin vaxtı ilə holland tədqiqatçılarına göstərdikləri düşmən münasibətlə rastlaşır. İngilislər belə qarşılanmaya hazır olduqlarından bu dəfə qurbansız ötüşürlər. Kuk Yeni Zelandiyanın sahilboyu ərazilərini tədqiq etməyi qərara alır. Şimal adasında 4 ay, Cənub adasında isə 7 həftəlik tədqiqat işlərindən sonra bu torpağın olduqca gözəl bir xəritəsi çəkilir. Növbəti 4 ayı Kuk daha şimala- “Yeni Qrenlandiya” adlanan əraziyə çatmağa sərf edir. Dənizçi gələcək Avstraliyanın sahil xətlərinin xəritəsini tərtib edir. 

Nəhayət «İndevor» Avstraliyanın şimal qurtaracağına gəlib çatır. Gəmi tez-tez məhv olmaq təhlükəsi ilə üzləşir. Lakin gəminin heyətinin və kapitanının ustalığı bu təhlükəni dəf edir. Yalnız bir dəfə tale onların üzünə pis baxır, gəminin gövdəsi sualtı qayaya toxunaraq zədələnir. Onun təmiri 7 həftə çəkir. 

İngiltərəyə qayıdarkən onu xalq tərəfindən təntənə ilə qarşılanma, kralla görüş və rütbəsinin artırılması gözləyirdi. 1771-ci il iyulun 13-də «İndover» Plimuta çatdı. Tropik qızdırma 31 nəfərin həyatına son qoysa da, düzgün qidalanma nəticəsində bir nəfər də olsun xəstəliyə tutulmamışdı. Bu nailiyyətlərinə görə Kuka I dərəcəli kapitan rütbəsi verirlir.

Ceyms Kuk 1776-1779-cu illərdə «Revolyuşen» və «Diskoveri» adlı gəmilərlə üçüncü dəfə Sakit okeana səyahətə çıxır. Bu səyahət zamanı o, Havay adalarını, Alyaska adasının şimalında Prins-Vilyam, Kuk, Bistol və Norton körfəzilərini kəşf edir. Havay adalarına qışlamaq üçün qayıdan Kukun taleyi faciəli olur; havayalılar tərəfindən öldürülür və yeyilir.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Məhşur Səyyah - Ceyms Kuk
Məhşur Səyyah - Ceyms Kuk
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHeUbFSRk49xBwbbsyT_9ppKW3F8vpVbnHMHRNbnpyud33zuxNI4sC0z4B20jMYbGBYP0v_xjyuZPOup7crOXstIAxs121ctRG_Zcpj29hr2pc_RcPNBQmq9_cvm_zMTF_qAl0BIPZAZq2/s320/001.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHeUbFSRk49xBwbbsyT_9ppKW3F8vpVbnHMHRNbnpyud33zuxNI4sC0z4B20jMYbGBYP0v_xjyuZPOup7crOXstIAxs121ctRG_Zcpj29hr2pc_RcPNBQmq9_cvm_zMTF_qAl0BIPZAZq2/s72-c/001.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/10/mhsur-syyah-ceyms-kuk.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/10/mhsur-syyah-ceyms-kuk.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago