Archive Pages Design$type=blogging

loading...

Erməni alimlərinin saxtakarlığı

Azərbaycan Respublikasına qarşı Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilər növbəti saxtakarlığa ...

Azərbaycan Respublikasına qarşı Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilər növbəti saxtakarlığa əl atmışlar. Bu dəfə erməni "tarixçiləri", guya, uydurma "Böyük Ermənistan"ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə heç bir elmi əsası olmayan hay-küy kampaniyasına başlamışlar. Bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır. Xarici ölkə alimləri, jurnalistləri içərisində erməni saxtakarlığının mahiyyətini düzgün qiymətləndirənlər də az deyildir. Məsələn, Polşa alimi Voytsex Pastuşka, haqlı olaraq, Tiqranakertin bu bölgədə olmasına şübhə ilə yanaşır və bu fikrin siyasi məqsədlərlə ortaya atıldığını, göstərilən qazıntıların "arxeoloji deyil, siyasi qazıntılar olduğunu" qeyd edir.
Yuxarıda göstərilənlərlə bağlı olaraq Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edirlər: Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməmişdir.
Yeri gəlmişkən, üzdəniraq erməni "alimlərinin" vaxtaşırı dünya ictimaiyyətini belə"tapıntılarla" "şok"a salması yeni məsələ deyildir. Dünya alimlərinin yaxşı yadındadır ki, "erməni alimləri" hələ Sovetlər Birliyi dövründə Metsamorda "erməni heroqlifi" ilə yazısı olan və guya dünyada ilk sikkə sayılan pulların tapılması barədə bütün dünyada hay-küy qaldırmışdılar. O zaman, yəni XX əsrin 70-ci illərində, akademik V.V.Piotrovski elə ermənilərin öz jurnalındaca ("İstoriko-filoloqiçeskiy jurnal") onları rüsvay etmiş, ərəb sikkələrini "özününküləşdirən" erməni alimlərinin iç üzünü açıb dünya ictimaiyyətinə göstərmişdi. Bu qəbildən olan erməni yalanlarının, saxtakarlıqlarının sayını kifayət qədər artırmaq da olardı...
Polşa alimi Voytsex Pastuşkanın qeydlərində göstərilən, guya Tiqranakert şəhərinin yerinin tapılması ilə bağlı yalançı məlumat da bu qəbildəndir, daha doğrusu, növbəti erməni saxtakarlığıdır.
Azərbaycan tarixçiləri bildirirlər: Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də, bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər.
Dünya arxeoloqları yaxşı bilirlər (erməni arxeoloqlarına da məlum olmamış deyil!) ki, Qarabağ ərazisində arxeoloji qazıntı işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmışdır. Sovet hakimiyyətindən əvvəlki dövrdə bu bölgədə Şuşa realnı məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler, rus tədqiqatçısı A.A.İvanovski arxeoloji qazıntılar aparmışlar. XX əsrin 20–50-ci illərində Qarabağda İ.İ.Meşşaninov, A.A.İyessen, Y.İ.Qummel, Ə.Ə.Ələkbərov, Ö.Ş.İsmizadə və digər tanınmış rus-sovet və Azərbaycan alimləri arxeoloji qazıntılar aparmışlar.
XX əsrin 60-80-ci illərində Qarabağda M.M.Hüseynov, Q.S.İsmayılzadə, İ.H.Nərimanov, A.B.Nuriyev, R.B.Göyüşov, N.F.Cəfərov və digər tanınmış Azərbaycan arxeoloqları geniş qazıntı-tədqiqat işləri aparmışlar. Qarabağın qədim tarixinə dair ən sanballı məlumatlar məhz bu alimlərin əsərlərində toplanmışdır (Bax: R.B.Qeyuşov. Xristianstvo v Kavkazskoy Albanii. Baku – 1984; M.M.Quseynov. Drevniy paleolit Azerbaydjana Baku – 1985; İ.Q.Narimanov. Kultura drevneyşeqo zemledelçesko-skotovodçeskoqo naseleniya Azerbaydjana. Baku – 1987; Q.S.İsmayılov. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı – 1981; H.F.Cəfərov. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. Bakı – 2000; A.Nuriyev, Ə.Babayev. Bərdə şəhərinin tarixi-arxeoloji oçerki. Bakı – 2001 və s.).
Azərbaycanın Ağdam bölgəsinə gəldikdə, Azərbaycan alimləri tərəfindən Ağdam şəhərinin kənarında e.ə. II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzərliktəpə yaşayış yeri öyrənilmişdir. Yaşayış yerinin ətrafına qala hasarı çəkilmişdir. Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Papravənd kəndi ərazisində e.ə. XII-IX əsrlərə aid ətrafına qala divarları çəkilmiş möhtəşəm yaşayış məskənləri tədqiq olunmuşdur. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur.
Bütün bunlardan başqa, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərliktəpə mədəniyyəti (orta tunc dövrü), Xocalı–Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq, dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Erməni alimlərinin saxtakarlığı
Erməni alimlərinin saxtakarlığı
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhInUU-xrHUfO20oPvaocFBpZ_mABBi22zJeoUtjnngx1SDAFtV04JPNaNvVkcvnUuVSG8RZk0mxwfxxqRUzm6k-w1VhgeZqcQjYmTpYnECCXJw2jm7lIOCufCfxV7U98nPV8_m90bi09dJ/s400/%25D0%25A0%25D0%25B8%25D1%2581%25D1%2583%25D0%25BD%25D0%25BE%25D0%25BA1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhInUU-xrHUfO20oPvaocFBpZ_mABBi22zJeoUtjnngx1SDAFtV04JPNaNvVkcvnUuVSG8RZk0mxwfxxqRUzm6k-w1VhgeZqcQjYmTpYnECCXJw2jm7lIOCufCfxV7U98nPV8_m90bi09dJ/s72-c/%25D0%25A0%25D0%25B8%25D1%2581%25D1%2583%25D0%25BD%25D0%25BE%25D0%25BA1.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/10/ermni-alimlrinin-saxtakarlg.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/10/ermni-alimlrinin-saxtakarlg.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago