Archive Pages Design$type=blogging

loading...

Osmanlı imperatorluğu

Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun  qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiya...

Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun  qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təx­minən 400 çadırdan ibarət qəbilənin başında  Gündüz Alp dururdu.  Qayı sərkər­dəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında  məskunlaşmışdılar. Ər­torğrul 1231-ci ildə qayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.

 Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı  vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildə vəfat etdikdən sonra,  oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişlən­dirməyə başladı. Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar.  Osman bəy türk qəbilə başçısı Şeyx Ədəbalının qızı ilə evlənərək, türk bəyləri içə­risində öz nüfuzunu daha da möhkəmləndirdi. Osman Qazinin əsas planla­rından biri Bursa şəhərini ələ keçirmək idi. Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Qala olduqca güclü müdafiə olunurdu. Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi 12 illik mühasirədən sonra,  qalanı  1326-cı ildə tutmaq müm­kün oldu. Bursanın fəthi Osmanlı tarixində  dönüş nöqtəsi oldu. Bu şəhər 1329-cu ildə  Osmanlı dövlətinin paytaxtı oldu. Osmanlılar Mərmərə dəni­zinin Anadolu hissəsinə həmişəlik  yiyələndilər. Osman Qazidən sonra haki­miyyətə gələn Orxan Qazi (1326-1362) dövlət quruculuğu işləri ilə də məş­ğul olmağa başladı, hakimiyyət orqanlarını və onların vəzifələrini müəy­yən­ləş­dirdi. Ölkə vilayətlərə və dairələr bölündü.

Orxan Qazinin ən böyük arzularından biri də mühüm iqtisadi və strateji əhəmiyyətli Konstantinopolu ələ keçirmək idi. Bunun üçün  ilk növbədə Nikeya şəhərini tutmaq lazım gəlirdi. 1329-cu ildə baş vermiş  Maltəpə döyüşündə sayca üstün olan Bizans ordusu darmadağın edildi. Nikeya şəhəri təslim oldu. Orxan Qazinin əmri ilə burada bərpa işləri aparıldı,  kilsələr məscidlərə çevrildi, saray­lar və mədrəsələr inşa olundu. Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı. Bununla da Bizans Anadoludakı güclü dayaqlarından birini itirdi.  İznikin idarəsi şahzadə Süleyman paşaya tapşırıldı. 1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Orxan qazi Nikomediyaya çoxlu türk ailələri kö­çür­t­dü. Bu şəhər isə İzmit adlandırıldı. Osmanı dövlətinin sərhədləri Konstantino­pola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan ərazi osmanlıların nəzarəti altına keçdi.


 XIV əsrin 30-cu illərində Bizansda güclü daxili çəkişmələr başladı. imperator kömək üçün osmanlılara müraciət etməyə məcbur oldu. Şahzadə Sü­ley­man paşa qiyamçı serbləri darmadağın etdi və əlverişli şəraitdən istifadə edərək 1354-cü ildə Gelibolunu və ətrafdakı Bizans qalalarını ələ keçirtdi.  Türklər fəth etdikləri yerlərin əhalisi ilə yaxşı rəftar edir, eyni zamanda buraya çoxlu türk ailəsi də köçürürdülər. Süleyman paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli strateji mövqe qazandılar.

Osmanlı imperatorluğunun meydana gəlməsi. Süleyman paşadan sonra hakimiyyətə oğlu Sultan I Murad (1359-1389)  gəldi.  O, Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul etdi. Sultan I Murad Adrinopola (Ədirnəyə) gedən yolları ələ keçirdi. 1361-ci ildə Ədirnə, Plovdiv, Sofiya, Şumen, Nis  şəhərləri və Şərqi Frakiyanın qonşu bölgələri ələ keçirildi. Sultan Murad Ədirnədə abadlıq işlərinə başladı, saraylar, mədrəsələr və məscidlər inşa etdirdi. Bu şəhər Osmanı dövlətinin paytaxtına çevrildi.

 Bu zaman  Balkan yarımadasında üçüncü böyük dövlət Bizans idi. Lakin  Bizans özünün keçmiş hərbi qüdrətini itirmişdi. Onun dənizsahili vilayətlərində venesiyalılar və genuyalılar ağalıq edirdilər XIV əsrdə Balkan yarımadasındakı dövlətlər həm daxildə gedən feodal ara müharibələri, həm də həmin dövlətlərin öz aralarında gedən mübarizə nəticəsində zəifləmişdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlılardan asılılığı qəbul etməyə məcbur olmuşdular. Balkan yarımadasında türklərə müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi. Serbiya XIV əsrin birinci yarısında xeyli qüvvətlənmişdi. Kral Stefan Duşanın (1331-1335) hakimiyyəti dövründə Serbiya krallığı cənubda Egey dənizinə qədər olan əraziləri əhatə edirdi. Lakin onun ölümündən sonra Serbiya çoxlu feodal mülklərinə parçalanmışdı. 1371-ci ilin sentyabrın 26-da osmanlılar Çirmən döyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar. Serbiya osmanlılardan asılılığı qəbul etməyə, hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu. Osmanlılarla serblər arasında 1389-cu il iyunun 25-də baş vermiş I Kosovo döyüşündə türklər misilsiz qələbə qazandılar. Serb çarı Lazar öldürüldü. Lazarın döyüş zaman əsir düşmüş yeznəsi Miloş Obiliç riyakarcasına bildirdi ki, o, İslam dinini qəbul etmək qərarına gəlmişdir. Bu münasibətlə sultanın ayağını öpmək istəyir. Muradın yanına gəlməyə nail olan Miloş xaincəsinə qəflətən Sultan Muradın üstünə atılaraq, onu ölümcül yaraladı. Öhzünü sultan elan edən I İldırım Bayazid (1389-1402) Serbiyanın müstəqilliyinə son qoydu. Nəticədə Osmanlı  dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi.
  1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçir­dilər. XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi türklərin hakimiyyəti altına düşdü. Türklər Albaniyaya da daxil oldular. Macar karlı Sigizmund fransız, ingi­lis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etdi. 1396-cı il sentyabrın 25-də Bolqarıstan ərazisində Niqbolu (Nikopol) döyü­şündə türklər qələbə qazandılar. Bununla da bütün Bolqarıstanın işğalı başa çatdırıldı.  

1399-1400-cü illərdə Bayazid Səlcuq imperatorluğunun tərkibinə daxil olmuş digər əraziləri-Qaraman bəyliyini, Sivası və Malatyanı da ələ keçirtdi. Türk hakimiyyəti Şərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperator­luğu yaranmağa başladı.

 Osmanlı fəthlərini yüngülləşdirən əsas səbəblərdən biri də xristian dövlətlərində feodalizm zülmündən cana doymuş zəhmətkeş xalqın, ilk növbədə kəndlilərin türklərə nəinki  müqavimət göstərməməsi, hətta çox vaxt könüllü olaraq onların tərəflərinə keçməsi idi. Türklər vergiləri bir qədər yüngülləşdirir, ayrı-ayrı dini etiqadlara maneçilik törətmirdilər.

           XIV əsrin sonlarında Bayazid Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etmək məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi.  XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üstünü təhlükə aldı. Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə Aydınoğullar, Germian, Saruxanoğullar və Mentəşə bəyliklərində öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Onlar bu məqsədlə  Teymura müraciət etdilər.  Digər tərəfdən Teymur tərəfindən ölkələri işğal edilmiş Cəlairi hökmdarı Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif  İldırım Bayazidə sığınaraq ondan kömək istədilər. Bayazid Konstantinopolun  mühasirəsi ilə məşğul olduğu zaman Teymur Şərqi Anadoluya girərək Sivası və Malatyanı tutaraq Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Sonra isə Kiçik Asiyanı tərk edib Azərbaycana  qayıtdı.

          Bayazid Konstantinopolun mühasirəsinə fasilə verib Şərqi Anadoluya gəldi. Sivas  Ərzincan və Kemahı geri aldı. Əhməd Cəlairinin və Qara Yusifin köməyinə yeni qüvvələr göndərdi. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşılaşdırdı. Teymur qışı Qarabağda keçirdikdən sonra 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu İldırımın ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli  az hərbi qüvvə toplamışdı.  Teymurun ordusundə  döyüş filləri də var idi. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. 1403-cü ilin yazında  Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu bəyliklərinin xəyanəti də böyük rol oynamışdı.

           Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliklərini  bərpa etdi. Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü.  Bayazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi.Osmanlı  tarixində «səltənət fasiləsi» adlandıralan on bir illik dövrdə gedən mübarizə Mehmet Çələbinin qələbəsi ilə başa çatdı.

            Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı  xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyildir ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün fasiləisz olaraq, kilsə zənglərinin sədaları altında şükranlıq duası oxutdurmuşdu.

           Osmanlı imperatorluğunun daha da genişlənməsi. Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə Osmanlı dövləti əvvəlki qüdrətini bərpa etdi. 1430-cu ildə II Murad  Teymurla mübarizə zamanı yenidən Bizansın əlinə keçmiş Salaniki geriyə qaytardı. 1431-ci ildə  Varna tutuldu. Bu bölgələr dərhal türk əhalisi ilə məskunlaşdırıldı.

 1444-cü ildə II Murad oğlu 14 yaşlı Mehmetin xeyrinə hakimiyyətdən əl çəkdi. Hökmdarın yaşca çox gənc olması avropalılarda Osmanlı dövlətinin zəifləyəcəyi ümidin doğurmuşdu.  Ona görə də onlar türklərə qarşı yeni (beşinci) səlib yürüşü təşkil etdilər. II Mehmetin və saray əyanlarının təkidi ilə II Murad yenidən qoşuna komandanlıq etməyə başladı. 1444-cü ildə[i] Vrana döyüşündə Yanos Hunyadinin başçılıq etdiyi  birləşmiş macar-çex qüvvələri darmadağın edildi. Bundan sonra Mehmetin xahişi ilə II Murad hakimiyyəti yenidən əlinə aldı. 1448-ci ildə II Kosovo döyüşündə türklər Yanos Hunyadinin səlbibçi qüvvələrini məğlub etdilər. 1451-c ildə II Murad öldükdən sonra  hakimiyyətə yenə oğlu II Mehmet (1451-1481) keçdi.

  Sultan II Mehmet  1453-cü ilin yazında Konstantinopolu qurudan müha­sirəyə aldı. Türklər öz gəmilərini Mərmərə dənizinə yeritdilər. Bu vaxt Bizans imperiyası böhran keçirirdi. Saray çəkişmələri və hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyəti zəiflətmiş, maliyyə sistemini pozmuş, ordunu döyüş qabiliyyətindən məhrum etmişdi. İmperiyanın ərazisi yalnız Konstan­tinopolun ətrafından ibarət idi və hər tərəf türk torpaqları ilə əhatə olunmuşdu. Divarların altından lağım atıb şəhərə daxil olmaq cəhdi uğursuluqla nəticələndi. II Mehmetin əmri ilə türk gəmiləri Konstantinopolun daxili limanına-Qızıl Buynuz limanına keçməli idi. Lakin Qızıl Buynuz limanının yolu ağır zəncirlərlə bağlanmışdı. Belə olduqda, osmanlılar gecə öz gəmilərini quru yolla çəkib şəhərin daxili limanına saldılar: bunun üçün onlar limana gedən quru yola taxta döşəyib üstünü piylədilər və öz gəmilərini həmin piylənmiş taxtaların üstü ilə sürüyərək, qızıl Buynuz limanına keçirtdilər. 53 günlük mühasirədən sonra,1453-cü il mayın 29-da Konstantinopol alındı. Vuruşmanın sonunda Bizans im­pe­ratoru XI Konstantin həlak  oldu. Bizans imperiyasının varlığına son qoyuldu. Türk­lərin İstanbul adlandırdıqları Konstan­tinopol şəhəri imperatorluğun­­un paytaxtına çevrildi. II Mehmetə «Fateh» təxəllüsü verildi. Osmanlı qoşunları Konstantinopolu tutmaqla Avropanı Asiya ilə birləşdirən ticarət yollarını nəzarət altına aldılar. Bu, İtaliya şəhərlərinin Şərq ölkələri ilə ticarətinə ağır zərbə vurdu.

           Sultan II Mehmet  zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirlik­lə­rini də tabe etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ ke­çirtdi.  1475-ci ildə Krım xanlığı Osmanlı dövlə­tin­dən vassal asılılığını qəbul etdi. Fateh Mehmet Moreya yunan knyazlığını, Afina hersoq­luğu­nu da impe­ratorluğun tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da sultandan asılı vəziyyətə düşdülər.

           Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə aparmalı oldu. 1479-cu ildə Albaniya tabe edldi və Venesiya ilə sülh müqaviləsi imza­landı. Venesiya Egey dənizindəki adalarını Türkiyəyə verdi və hər il 1000 dukat məbləğində bac verməyi öhdəsinə götürdü. Venesiyalılar Krit və Korfu adala­rını qoruyub saxlaya bildi. Osmanlı imperatorluğu ərazisində vensiyalılara göm­rüksüz ticarət hüququ verildi.

           Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə  oğlu II Bayazid (1481-1512) gəl­di. Lakin qardaşı Cem onun hakimiyyətini  tanımadı və Bursada özünü sultan elan etdi. Sonra isə Cem Osmanlı imperatorluğunun iki hissəyə-Anadolu və Rumeli dövlətlərinə bölünməsini, özünün Anadoluda, Baya­zidin isə Rumelidə  hökmdar olmasını təklif etdi. Lakin Bayazid bu təklifi rədd etdi. Yenişəhər  döyü­şündə Cem məğlub oldu. Qahirədə, sonra sə Fransada  mühacir həyatı yaşamağa məcbur oldu. Avropa dövlətlərinin ondan Osmanlı imperatorluğuna qarşı istifadə etmək cəhdi nəticə vermədi. Səfərlərin birində Gem vəfat etdi və cənazəsi türklərə təqdim olundu.

            Osmanlı imperatorluğunun idarə olunması Osmanlı qoşunlarının əsas hissəsini akınçı adlandırılan atlı feodal qoşunları təşkil edirdi. Bu qoşun hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarət idi. Lakin süvari qoşun  Osmanlı fəthlərinin tələblərinə cavab vermirdi. Xüsusilə qalaların alın­ması zamanı  süvarilər lazımi rol oynaya bilmirdilər. İlk dəfə olaraq Orxan Qazi baş vəziri  Əlaəddinin məsləhəti ilə muzdlu piyada və süvari qoşunları yaratdı. Orduda baş verən yeniliklərin biri də yeniçəri adlandırılan qoşun hissələrinin təşkili idi. Tabe ölkələrdə sağlam və qüvvətli uşaqları valideynlərin əlindən alır, müsəlmanlaşdırırdılar. Yeniçəriliyə qəbul edildikdən sonra onlar sultandan çoxlu bəxşiş alır və öz hökmdarlarına sədaqətlə qulluq edirdilər.

           Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü  sultan hakimiyyətinə ehtiyacları var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi. Sultandan sonra dövlətdə əsas vəzifəni baş vəzir tuturdu. Baş vəzir dövlətin möhürünü saxlayır, siyasi işlərə rəhbərlik edirdi. Vəzirlər, bəylərbəyi və sancaqbəyilər də ona tabe idilər. Maliyyə işlərinə rəhbərlik edən vəzifəli şəxsə dəftərdar deyilirdi. Sultanın yanında  Ali Məsləhət Şurası rolunu oynayan Divan fəaliyyət göstərirdi.  Orxanın vaxtında ölkə ərazisi ilk dəfə olaraq inzibati va­hid­lər olan paşalıqlara və sancaqlıqlara  bölündü. Paşalığın başında sultan tərəfin­dən təyin olunmuş və geniş səlahiyyələrə malik olan paşa dururdu. Sancaqlara isə sancaqbəyilər rəhbərlik edirdilər. Onlar həm də qoşun başçıları idilər. 

XV əsrin ikinci yarısında  Osmanlı imperatorluğu iki böyük canişinliyə-Anadolu və Rumeli bəylərbəyliklərinə bölünmüşdü Anadolu bəylərbəyiliyi Kiçik Asiya, Rumeli bəylərbəyiliyi  isə Avropa torpaqlarını əhatə edirdi. Hər bəylər­bə­yiliyin başında bütün hərbi və inzibati hakimiyyəti əlində cəmləşdirən bəy­lər­bəyi dururdu.

  Osmanlı dövlətində torpaq mülkiyyətinin dörd forması mövcud idi: dövlət torpaqları, sultan ailəsinə məxsus torpaqlar, vəqf torpaqları, mülk. Sultan bütün torpaqların sahibi hesab edilirdi. Sultan ailəsinə və saraya məxsus torpaqlar səlcuqlarda olduğu kimi, osmanlılarda da xass adlanırdı. Ən böyuk torpaq  sahibliyindən biri də şəxsi adamların əlində olan mülk idi. Osmanlı imperatorluğunda da dini idarələrə, ruhanilərə və məscidlərə  məxsus olan vəqf torpaq mülkiyyəti forması mövcud idi.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Osmanlı imperatorluğu
Osmanlı imperatorluğu
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvTJYf1c3DkeH9tJXIMz5ETm7FTUs6XqxQWaT_cepma00D_N-3Uow_wxELF17NiTAdpX971V9nGqvGrjvlVD26ji27b3O0Hr6zsH4VdNQgDENdE_ZpJAc2pULLb0kXfovrPQzt1nDMTOWV/s640/Osmanl%25C4%25B1+imperatorlu%25C4%259Fu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvTJYf1c3DkeH9tJXIMz5ETm7FTUs6XqxQWaT_cepma00D_N-3Uow_wxELF17NiTAdpX971V9nGqvGrjvlVD26ji27b3O0Hr6zsH4VdNQgDENdE_ZpJAc2pULLb0kXfovrPQzt1nDMTOWV/s72-c/Osmanl%25C4%25B1+imperatorlu%25C4%259Fu.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/09/osmanl-imperatorlugu.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/09/osmanl-imperatorlugu.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago