" Sirlər xəzinəsi " poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahla...
"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174-1175) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir.
Poema hər biri dini və etik mövzulardan ibarət ayrı-ayrı
parçalardan təşkil olunmuş 20 başlıqdan ibarətdir. Hər bir başlıq şairin özünə xitabı ilə bitir. Şair poemadakı hadisələri adil və nadan hökmdara bağlamış olur və onu bir növ gördüyü işlərinin çavabsız qalmayacağı ilə agah etməyə çalışmışdır. Nizaminin ideal həyat, cəmiyyət sorağında olduğu, insanları sosial təbəqəsindən asılı olmayaraq mənəvi təmizliyə çağırdığı poema boyu göstərilir və təbliq olunur. Bir neçə başlıqda o bilavasitə ədaləti, haqqı unutmamaqları üçün hökmdarlara səslənir.
Şair çəkinmədən hökmdarın və onun darğasının ədalətsizliyini, əyyaşlığını, zülmkarlığını ümidi hər şeydən kəsilmiş bir qarının dilindən söyləmiş olur.
Nizami poemada hökmdarı ədalətə dəvət etmək üçün qarının dilindən qarğış yağdıraraq onun da bu acıları yaşaya biləcəyini xatırlatmaq və hərəkətlərindən utandırmaq istəmişdir. Əsərdə dul bir qadının hünəri, mənəviyyatını iblisə, şeytana satmış hökmdarın nadanlığına qarşı qoyulmuşdur. Bununla da dahi şair zəmanəsinin ən cəsarətli söz ustadı olduğunu sübut etmişdir. Bu bəlkə də onun sözün inci tək sətirə düzmək məharətində, hər bir söz incisinin isə özlüyündə bir məna xəzinəsinə malik olmasından irəli gəlirdi.

Hökmdarın xalqa qayğısı və ədaləti
"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,"
Şair çəkinmədən hökmdarın və onun darğasının ədalətsizliyini, əyyaşlığını, zülmkarlığını ümidi hər şeydən kəsilmiş bir qarının dilindən söyləmiş olur.
"Haqsızlığın odunda bir qarı yandı oda.
Səncərin ətəyindən yapışdı bir gün o da:
"Zülm əlindən qalmışam mən zarıya-zarıya,
Zülmün divan tutdurur bir köməksiz qarıya.
Kefli-kefli qapımın ağzını kəsdi darğan,
Təpiklədi doyunca, o ki var, əzdi darğan.
Bir günahım olmadan çölə atdı daxmadan,
Sürüklədi saçımdan fəryadıma baxmadan
Mən zülmün zindanında qansız gördüm yağını,
Ürəyimə, canıma basdı zülmün dağını.
Nizami poemada hökmdarı ədalətə dəvət etmək üçün qarının dilindən qarğış yağdıraraq onun da bu acıları yaşaya biləcəyini xatırlatmaq və hərəkətlərindən utandırmaq istəmişdir. Əsərdə dul bir qadının hünəri, mənəviyyatını iblisə, şeytana satmış hökmdarın nadanlığına qarşı qoyulmuşdur. Bununla da dahi şair zəmanəsinin ən cəsarətli söz ustadı olduğunu sübut etmişdir. Bu bəlkə də onun sözün inci tək sətirə düzmək məharətində, hər bir söz incisinin isə özlüyündə bir məna xəzinəsinə malik olmasından irəli gəlirdi.
"Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən.
Hər elin hökmdarı el dərdinə qalandı,
Zülmün hara çatıb ki, var-yoxumuz talandı.
...
Qarıların nəyi var, quldurluqdan sən utan!
Utan, utan, onların ağ birçəyindən utan!"
https://az.wikipedia.org/
https://az.wikipedia.org/