Məhəmməd Süleyman oğlu Füzuli — görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrını...
Məhəmməd Süleyman oğlu Füzuli — görkəmli orta əsr Azərbaycan
şairi və mütəfəkkiri. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən
möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə
Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı
məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.
Həyatı
Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat
tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın
Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın
qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb.
Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə
hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun
ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani
olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası
Hillə şəhərinin müftisi olmuşdur.
XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və
Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin
sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah
İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra
isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə
daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin
Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.Dahi Məhəmməd Füzuli 1556-cı
ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir.Şairin qəbri də məhz Kərbəladadır.
Yaradıcılığı.
Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam
etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi
mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və
humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında
yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını
öyrənmişdir.
"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini
Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə,
ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan
ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş,
"Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri"
adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd,
rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri,
"Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri
qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb
kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun"
poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.
Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun"
mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə
alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu
mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi
görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində
əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa
yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir.
Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
"Məni candan
usandırdı"
Məni candan
usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən,
muradım şəmi yanmazmı?
* * *
Qəmu bimarinə canan dəvayi-dərd
edər ehsan.
Neçin qılmaz mənə dərman,
məni bimari sanmazmı?
* * *
Qəmim pünhan tutardım
mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm,
inanarmı, inanmazmı?
* * *
Şəbi-hicran yanar
canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım,
qara bəxtim oyanmazmı?
* * *
Güli-rüsxarinə qarşı
gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür
bu, axar sular bulanmazmı?
* * *
Degildim mən sənə
mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən
qafil səni görcək utanmazmı?
* * *
Füzuli rindü
şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə
sevdadır, bu sevdadan usanmazmı?
Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində
yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə
inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və
eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır.
Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə
insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb
şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla
qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini
parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş
qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur,
azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.
Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl
nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış,
klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir
göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda,
İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr
edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə
1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn
olunmuşdur.
Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir.
Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr
olunmuşdur.
Leyli və Məcnun.
Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır.
Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif
о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın
şəkildə izahını vermişdir.
Füzuli irsi Azərbaycanda ədəbi, ictimai və fəlsəfi fikrin
inkişafında xüsüsi bir mərhələ təşkil edir. «Leyli və Məcnun» poeması Füzulinin
çoxcəhətləri yaradıcılığında müstəsna əhəmiyyətə malik bir əsərdir.
Füzulinin bu əsəri orta əsrlərin qeyri-sağlam baxışların və
qanunların tənqid etmək üçün bir vasitəyə çevrilmişdir. Məcnun və Leylinin
timsalında yeni yaranan insani münasibətlər və baxışlar təqdir edilir, gec-tez
bu yeni baxış və münasibətlərin qələbəsinə, köhnə dünyaya məxsus qanunların və
dəblərin aradan çıxacağına qəti inam bildirilir. Qadın hüquqsuzluğunun dəhşətləri,
əski münasibətlərin doğurduğu faciələr qələmə alınır.
Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni
münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan
haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks
etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən
çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir.
Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq
sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rağbət
göstərməsi hələ ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək
kimi qarşılanır.
Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti
məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər
sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil
zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə,
qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti
Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət
timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu
konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun,
həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə
başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər.
Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir.
Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə
qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri
yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən,
insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada,
heyvanlar arasında daha yaxşı hiss edirdi.
Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul,
əşya kimi alınıb satıldığını bildirərək yazır:
Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm Kim idi satan Kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yazım.
Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar
olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və
bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə
və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək
istəmirdi.
Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə
bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə
Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini
yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:
Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı
görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər
patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər
bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin
anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən
də görünməkdədir:
Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?
Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə
buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə
qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır
ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm
tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən
anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli
olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:
Mən kimi yox əldə İxtiyarin,
Bir özgə əlindədir Məharin
Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrənıanların-Leyli
ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin
valideynindən başqa Nofəl, ibn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa
dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair
alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət,
əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər
ikinci, üçüncü dərəcədə qalır.
Şair epizodik surətlərdən də sevginin ecazkar qüdrətini, hər
şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir. Hətta Məcnuna rəqib
olan İbn Səlam surətini işlərkən şair onun mənliyindəki müsbət keyfiyyətləri,
onun ali idrakını, xoş xasiyyətini, cazibəli hüsnünü qeyd edir. O, mötəbər
adamdır, kübar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair
onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. İbn Səlam Leylini ova gedəndə
görür, məftun olur və dərhal evinə qayıdır. Leyli üçün elçi getməyə ən ağıllı,
münasib bir adam tapır.
Təsvirdə, baş qəhrəmana-Məcnuna rəqib çıxan bir adamın təsvirində
gözləmək olardı ki, şair rəqibin mənfi cəhətlərini qabardıb göstərsin. Elə
olmur, şair hətta Məcnunun rəqibində də çirkin xüsusiyyətlər görmür. Daha
doğrusu, belə bir adam ilə "ən yüksək xilqət" olan Leylini üz-üzə gətirmək
istəyir. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyin
də qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün
iztirablarına inanır, alicənablıq edir, fıkrini tamam dəyisir, ona yaxınlıq
etmir, "vəsldən" əl çəkib hicranı özünə ruzi edir.
Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?
Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə
buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə
qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır
ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm
tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən
anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli
olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:
Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi
yerdə gözlənilməyən bir hadisə baş verir, Bir az əvvəl səhrada karvanı itirən,
azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun
Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən
uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir,
belə bir vüsala taqətsiz olduğunu iddia edir:
Yaqmağa1 məni yetər xəyalın,
Yoxdur mənə taqəti-visalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur...
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm!..
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, olki, var sənsən!...
"Leyli və Məcnun", Fizuli
Ömrünü məşuqəsinin yolunda qoyan, fani gün üçün də
"rüsvayi-xəlayiq" olan bir adamın öz arzusuna çatdığı yerdə birdən-birə
üz döndərməsi təbii, şüurlu hərəkət sayılmaz. Bu, doğrudan da
"cünunçuluq" əlamətidir. Ancaq böyük şair bunu da səthi, adi bir hərəkət
saymır, aşiqin iztirablarla dolu, yaralı qəlbi ilə və qəlbin mürəkkəb həyatı ilə
izah edir. Məcnun indi uğursuz bir eşqin mücəssəməsi olaraqqalmaq, Leylinin
bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:
Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm!...
Şikayətnamə.
Dövrünün məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğu
ucbatından adına kəsilmiş təqaütü ala bilməməsindən şikayətlənən Fizuli özünün
"Şikayətnamə" mənzum şerində yazır:
Salam verdim - rüşvət degildir deyü almadılar.
Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə
cəm'i sualıma cavab verdilər.
Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur?
Dedilər:- Müttəsil bizim adətimiz budur.
Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd
vermişlər ki,
övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua
qılam.
Dedilər:- Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd
vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər
görüb,
namülayim sözlər eşidəsən.
Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim:- Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən
qalırmı?
Dedim:- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
Dedilər:- Ağçamız ilə satın almışız, bizə həlaldır.
Dedim:- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər:- Bu hesab qiyamətdə alınır.
Dedim:- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
Dedilər:- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.
Mənbəə https://az.wikipedia.org
Mənbəə https://az.wikipedia.org

