Archive Pages Design$type=blogging

loading...

İlk Veb sayt hansıdır ?

Veb-sayt (ing. website, web – hörümçək toru, site — «yer») – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, ey...

Veb-sayt (ing. website, web – hörümçək toru, site — «yer») – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, eyni mövzulu veb-səhifələrin yığımıdır. Veb-saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır.
Veb-saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi struktura malikdirlər. Veb-sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s. anlayışlarla sıx bağlıdır. İnternet texnologiyaları inkişaf etdikcə bir serverdə (kompüterdə) çoxlu sayda domen və veb-saytlar yerləşdirmək mümkündür.

Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.

Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ 1980-cı ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir.

Veb-saytın strukturu
İnternetdə olan, öz aralarında hiperistinadlarla birləşmiş, kiçik saytdan tutmuş böyük informasiya portalına qədər hər bir resurs bir neçə tematik rubrikaları təşkil edir. Bir qayda olaraq məzmunu qısa anonslarla verilmiş bütün bölmələrdəki saytların istinadları birinci, yəni başlanğıc səhifəyə gətirilir ki, bu səhifəyə index.htm (.html) adı verilir. Saytın bütün başlanğıc sənədlərinə belə adın verilməsi məsləhətdir. Çünki əks təqdirdə hər hansı bölmənin başlanğıc səhifəsinin adını göstərmədən URL ünvanına müraciət olunarsa brauzer səhifənin özünü yox, cari qovluqda saxlanılmış faylların siyahısını göstərəcək.
Sənədlərin uyğun bölmələrinə görə paylanmış tematik rubrikalar yığımı və bütün səhifənin resursları arasında əvvəlcədən layihələndirilmiş hiperəlaqələr saytın məntiqi strukturu adlanır. Fiziki struktur isə sayt nəşr olunmuş qovluğun alt direktoriyalarındakı fiziki faylların yerləşdirilməsi alqoritmi kimi başa düşülür.
Ola bilər ki, məntiqi və fiziki strukturlar üst-üstə düşməsin. Çünki sənədin fiziki strukturunda fayllar proqramistin işini asanlaşdırmaq məqsədi ilə müəyyən qaydada yerləşdirilə bilər.Faylların müəyyən qayda ilə yerləşdirilməsi sayta yeni materiallar əlavə edildikdən sonra qarışıqlıq yaranmasının qarşısını alır, belə ki, proyektin elementləri sayılan bütün qrafik təsvirləri «Image» adlanan xüsusi qovluqda yerləşdirmək lazımdır. Bu qovluq saytın əsas direktoriyasında yerləşir. Nəticədə təsvir yerləşdirilmiş HTML sənədlərini təzələdikdə şəkilləri yenidən səhifəyə yerləşdirmək lazım gəlmir. Digər tərəfdən həmin qrafik təsvirləri saytın digər səhifələrində də istifadə etmək olar. Veb-saytda yerləşən hiperistinadların düzgün işləməsi, sənədlərin düzgün açılması və hər şansı bir resursa müraciət edildikdə brauzerin səhf haqqında informasiya verməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edilməlidir.
Direktoriyanın adları, HTML sənədlərinin adları və genişlənmələri, qrafik faylların adları təyin olunmalıdır. Bu adlar latın əlifbasında və kiçik reqistrlərində yazılmalıdır. Bu adların uzunluqları 8 simvoldan çox olmamalıdır. HTML sənədlərində faylların adları məna kəsb etməlidirlər, yəni gələcəkdə faylın məzmunu yaddan çıxarsa, bu halda faylın adına baxmaqla onun hansı mövzuya aid olduğu təyin olunacaq.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: İlk Veb sayt hansıdır ?
İlk Veb sayt hansıdır ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD2u6UGfX6l9F8yC93iBsz4OsanrYdYfQVP7KojvRqu59MH-RViNt3aoRVeSZlcj8_-d0QcK6LVdiA9nXmvXT4FHA6I7UMpkOuK5rjb9s_QK-NIvSSRQrhPk1uEr4BkTHQTWsAftRo4vns/s400/nS3avJ-warE.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD2u6UGfX6l9F8yC93iBsz4OsanrYdYfQVP7KojvRqu59MH-RViNt3aoRVeSZlcj8_-d0QcK6LVdiA9nXmvXT4FHA6I7UMpkOuK5rjb9s_QK-NIvSSRQrhPk1uEr4BkTHQTWsAftRo4vns/s72-c/nS3avJ-warE.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/09/ilk-veb-sayt-hansdr.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/09/ilk-veb-sayt-hansdr.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago