Archive Pages Design$type=blogging

loading...

Əhəng və Barit Suyu

Ca(OH)2 və Sr(OH)2 -in otaq temperaturunda az həll olmasına baxmayaraq, kalsium, stronsium və barium hidroksidləri qələvilərdir. Temperatu...

Ca(OH)2 və Sr(OH)2-in otaq temperaturunda az həll olmasına baxmayaraq, kalsium, stronsium və barium hidroksidləri qələvilərdir. Temperatur artdıqca kalsium - hidroksidin həll olması azalır: Ca(OH)2-ni buzlu su ilə doydurmaqla ən yüksək qatılığa nail olmaq olar (100 q suda 0C0-də 0,173 q, 20C0-də 0,166 q, 100C0-də 0,08 q həll olur). Ca(OH)2-nin doymuş məhlulu əhəng suyu adlanır.
Barium - hidroksid daha yaxşı həll olur (20C0-də 100 q suda 4,3 q həll olur). Temperatur yüksəldikcə onun həll olması kəskin artır (80C0-də 100 q suda 101,5 q həll olur).
Bu xassədən maddələrin yenidən kristallaşmasında istifadə olunur: 80C0-də doymuş məhlulu yavaşca soyutsaq qəşəng lövhəşəkilli kristallar – Ba(OH)2x8H2O kristalhidratı əmələ gəlir. Əhəng suyuna oxşar olaraq barium - hidroksidin doymuş məhlulu barıt suyu adlanır. Qələvi metal hidroksidləri atmosferdən karbon qazını udduğuna görə onlarda həmişə suda həll olmayan karbonatlar qarışığı olur. Əhəng suyunun bulanması bu maddənin vəsfi reaksiyasıdır: Ca(OH)2+CO2=CaCO3+H2O. Çöküntü üzərindən yenidən karbon qazı buraxaraq onu həll olan turş duza – kalsium – hidrokarbonata çevirirlər: CaCO3+CO2+H2O=Ca(HCO3)2.
Həll olmuş karbon qazı ilə doymuş yeraltı sular əhəngdaşı təbəqələrindən sızaraq onları həll edir və mağara əmələ gətirir. Kalsium - hidrokarbonat isə öz növbəsində yenidən karbonata çevrilir (reaksiya qızdırılmaqla və ya qələvi əlavə etməklə asan baş verir): 
Ca(HCO3)2=CaCO3+CO2+H2O
Ca(OH)2+Ca(HCO3)2=2CaCO3+H2O. 
Təbiətin maraqlı bir hadisəsi bu reaksiyalarla bağlıdır. Su yeraltı mağaranın tavanında əhəng süxurlarına düşərək, yenidən yavaşca əhəngdaşı ayırır. Nəticədə mağaralarda stalaktitlər - buz salxımları yaranır. Su bu salxımlar üzrə hərəkət etdikcə salxımlar uzanır və qalın oxa çevrilirlər. Aşağı hissədən onlara tərəf stalaqmitlər uzanır: onlar mağaranın dibinə düşən su damcılarından əmələ gəlir. Zaman keçdikcə stalaqmitlər stalaktitlərlə çox zaman bitişirlər və kolonlara oxşayırlar. Belə stalaktit «meşələrində» hündürlüyü otuz metrə çatan «ağaclar» tapmaq olar. Natrium və kalium hidroksidlərindən fərqli olaraq qələvi - torpaq metalları qızdırıldıqda parçalanırlar: Ca(OH)2 580C0-də, Sr(OH)2 – 400C0-dən yüksək, Ba(OH)2 isə artıq 800C0-də su itirirlər.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Əhəng və Barit Suyu
Əhəng və Barit Suyu
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsVeta8gJmQtTDrZh7V1SASq6JFvsTAY2oS9z4K6VorYdRglUZ24dyD20WKj1Zg79VKyXp_SkNvajP8VLJLRcqS2WGIgbPMRId-zFQYW40ZTG8oa7e-Mol6e8gNf05cfWIn3d1-q0yUupP/s320/image027.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsVeta8gJmQtTDrZh7V1SASq6JFvsTAY2oS9z4K6VorYdRglUZ24dyD20WKj1Zg79VKyXp_SkNvajP8VLJLRcqS2WGIgbPMRId-zFQYW40ZTG8oa7e-Mol6e8gNf05cfWIn3d1-q0yUupP/s72-c/image027.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/09/hng-v-barit-suyu.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/09/hng-v-barit-suyu.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago