Archive Pages Design$type=blogging

loading...

Antiviruslar haqqında

Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək h...

Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək hər tərəfini (yaddaş, boot sector, işlədilə bilər proqramlar, sənədlər və s.) darayırlar. Bu proqramların virus təyin etmə üsulları müxtəlifdir:Bunlar aşağıdakılardır.Öz verilənlər bazalarındakı virusların imzalarını kompüterinizdə axtararlar.Proqramlarınızı virus ola biləcək zərərli kodlara qarşı analiz edirlər.Günümüzdəki məşhur anti-virus proqramlarının verilənlər bazalarında minlərcə virus imzası və bunların variantları vardır.antivirus xəbərdarlığı
Kompüterim viruslanarsa bunu necə təmizləmək olar?Bir proqramın viruslu olduğundan şübhələnirsinizsə, bu vəziyyətdə, əvvəlcə sakit olun. Edəcəyiniz ilk iş, o an istifadə etdiyiniz bütün tətbiqləri bağlamaq, etdiyiniz işləri saxlamaq olsun. Ardından, bir antivirus proqramı ilə kompüterinizi darayın. Hər vaxt üçün, istifadə etdiyiniz antivirus proqramının yeni bir distributivini əldə etməyə çalışın. Əgər kompüterinizin sistem sahələri də təsirlənmişsə, bu vəziyyətdə kompüterinizi bağlayın.
Antivirus proqramlarının növləri
Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.

Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün «maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin «evristik skanlama» alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir
(«ola bilsin yoluxub» və ya «yoluxmayıb»).

Disk müfəttişləri.
Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.Rezident monitorlar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).

Kaspersky antivirusu
İmmunizatorlar. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən

immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları
artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.
Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32.Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Monitor.


COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Antiviruslar haqqında
Antiviruslar haqqında
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh8N1aNanLTIka0jCmlXQbW46_IDn5D_Gnk3Xmgznw_Gt7ZqMh7PS5Qk9r7yfQrlx9cgJyarqIdhenbOEZGk-58kxlbmUG_LFAa47lY-iAQ5Z-3SOynGSmrIqEzA7e5Ij54nq-9Ejr/s1600/virus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh8N1aNanLTIka0jCmlXQbW46_IDn5D_Gnk3Xmgznw_Gt7ZqMh7PS5Qk9r7yfQrlx9cgJyarqIdhenbOEZGk-58kxlbmUG_LFAa47lY-iAQ5Z-3SOynGSmrIqEzA7e5Ij54nq-9Ejr/s72-c/virus.jpg
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/09/antiviruslar-haqqnda.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/09/antiviruslar-haqqnda.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago