Archive Pages Design$type=blogging

loading...

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisa...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK)
ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib. “Report”un məlumatına görə, ixtisas seçimi avqustun 4-dən 10-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituri­yentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.

“Xanəndəlik”, “Vokal sənəti”, “Dizayn”, “Təsviri incəsənət müəllimliyi”, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Bədii yaradıcılıq işi” ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” almış abituriyentlər seçə bilərlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

COMMENTS

loading...
Ad

Android antiviruslar BAYRAMLAR Bilirsinizmi ? Biologiya Blogspot Dərs COGRAFIYA Coronavirus digər Düzənlik və Səhralar Ədəbiyyat Fizika IKT TƏHSİL İDMAN İnformatika Kimya KOSMOS Maraqlı MEKTEBLİ.İNFO Milli Məclis Milli Qəhrəmanlar Müəllimlərin işə Qəbulu mükafatlar Proqramlar qarabaq Riyaziyyat Sosial bilgi tarix təhsil Təhsil Nazirliyi TQDK unutma Xəbərlər
false
ltr
item
Günün Nəbzi: Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjymGZzfh9JwZY_JveP7np7gRWS-JuKCdK7gOuLLVRt1KiEcQvntw0aZqjsGWCCBHyoSQvhIpubmDRQSitiWkPK6bUm1jiFlqXVbOtF4sNBRum0VakCg2t1NN31EZ-mkPO-wJwVseHSL-M2/s1600/Logo1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjymGZzfh9JwZY_JveP7np7gRWS-JuKCdK7gOuLLVRt1KiEcQvntw0aZqjsGWCCBHyoSQvhIpubmDRQSitiWkPK6bUm1jiFlqXVbOtF4sNBRum0VakCg2t1NN31EZ-mkPO-wJwVseHSL-M2/s72-c/Logo1.png
Günün Nəbzi
https://oxucumedia.blogspot.com/2015/08/umumi-orta-thsil-bazasnda-orta-ixtisas.html
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/
https://oxucumedia.blogspot.com/2015/08/umumi-orta-thsil-bazasnda-orta-ixtisas.html
true
6134844444700434719
UTF-8
Not found any posts HAMISINI İZLƏ ARDI VAR DAVAM Cancel reply SİL TƏRƏFİNDƏN BAŞLIQ SƏHİFƏLƏR XƏBƏRLƏR HAMISINI İZLƏ BƏNZƏR XƏBƏRLƏR ETİKET ARXİV AXTAR Not found any post match with your request BAŞLIĞA QAYIT Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İNDİCƏ 1 DƏQİQƏ ƏVVƏL 1 dəqiqə əvvəl 1 hour ago 1 ay əvvəl Dünən 1 gün əvvəl 1 həftə əvvəl more than 5 weeks ago