Artıq seçdiyiniz ixtisas qrupu üzrə imtahan balları sizə məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin...
Artıq seçdiyiniz ixtisas qrupu üzrə imtahan balları sizə məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi etmək və təsdiqləmək vəzifəsi durur. Ancaq bəzən abituriyent və valideynlər ixtisas seçimini çətin və mürəkkəb bir proses kimi qəbul edirlər. Əslində bu sadə bir prosesdir və hər bir abituriyent ixtisas seçimini özü həyata keçirə bilər. Sadəcə ixtisas seçimi edən zaman bəzi məsələlərə diqqət yetirmək, TQDK tərəfindən təqdim edilən məlumat və tövsiyələrlə tanış olmaq lazımdır.

